...

Millət vəkilinin kitabının satışından əldə olunacaq gəlir kimsəsiz ailənin probleminin həllinə yönəldiləcək

Cəmiyyət Materials 12 Noyabr 2011 16:59 (UTC +04:00)
Millət vəkili Qənirə Paşayevanın "Onun sevgi məktubları" kitabının satışından əldə olunacaq gəlir üçuşaqlı kimsəsiz ailənin mənzil probleminin həllinə yönəldiləcək.
Millət vəkilinin kitabının satışından əldə olunacaq gəlir kimsəsiz ailənin probleminin həllinə yönəldiləcək

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Millət vəkili Qənirə Paşayevanın "Onun sevgi məktubları" kitabının satışından əldə olunacaq gəlir üçuşaqlı kimsəsiz ailənin mənzil probleminin həllinə yönəldiləcək.

Trend-in məlumatına görə, millət vəkili Qənirə Paşayevanın yenicə çapdan çıxmış "Onun sevgi məktubları" adlı romanının 2011-ci il noyabrın 19-da təqdimatı və oxucular üçün imzalanma mərasimi keçiriləcək. Mərasim saat 15:00-da "Əli və Nino" kitab dükanları şəbəkəsinin Park Bulvar-dakı satış məntəqəsində baş tutacaq.

Millət vəkili bildirib ki, "Onun sevgi məktubları"nın satışından əldə olunacaq gəlir bütünlüklə, həyat yoldaşını itirmiş üçuşaqlı kimsəsiz və evsiz bir qadının mənzil probleminin həllinə yönəldiləcək. Həmin qadının çox acınacaqlı şəraitdə yaşadığını bildirən Qənirə Paşayeva bu addımla bir qadının, bir ananın və onun üç körpəsinin həyat şəraitini qismən də olsa yaxşılaşdırarsa, bunun bir müəllif olaraq ona kitabın sevincindən daha böyük sevinc bəxş edəcəyini deyib.

Qeyd edək ki, "Onun sevgi məktubları" romanı xanım millət vəkilinin yazdığı ilk bədii əsər olub, çağdaş Azərbaycan ədəbiyyatında epistolyar janrda yazılmış azsaylı əsərlərdən biridir.

Xəbər lenti

Xəbər lenti