...

Azərbaycan Parlamentin komitə sədri alimlərin maaşının artırılmasını istəyir

Cəmiyyət Materials 17 Noyabr 2011 16:13 (UTC +04:00)
Rəbiyyət Aslanova cümə axşamı parlament komitələrinin birgə iclasında 2012-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Maliyyə Nazirliyi qarşısında alimlərə və təhsil işçilərinə ayrılan vəsaitin artırılması məsələsini qaldırıb.
Azərbaycan Parlamentin komitə sədri alimlərin maaşının artırılmasını istəyir

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir M.Əliyev/

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova cümə axşamı parlament komitələrinin birgə iclasında 2012-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Maliyyə Nazirliyi qarşısında alimlərə və təhsil işçilərinə ayrılan vəsaitin artırılması məsələsini qaldırıb.

"Hər bir dövlətin qüdrəti onun milli intellektual elitasının formalaşması və var olması ilə əlaqədardır. Dövlətin intellektual elitadan gözləntisi olduğu kimi, intellektual elitanın da dövlətdən gözləntisi var", - Aslanova deyib. O bildirib ki, bu gözlənti elm, təhsil, həmin alimlərin yaşaması üçün vacib olan maddi təminatın ödənilməsidir.

Trend-in məlumatına görə, o qeyd edib ki, həm Azərbaycan Milli Elmlər Akademiyasında çalışan alimlərin, həm də təhsil sahəsindəki elmi işçilərin, müəllimlərin əməkhaqqına diqqətlə yanaşılmalıdır. "Satılan kitabların qiyməti müəllimin alacağı maaşın 10-20 faizini təşkil edir", - komitə sədri deyib. Onun sözlərinə görə, elmi elitadan olan narazılıq onların imkanlarının məhdudluğundan irəli gəlir.

Xəbər lenti

Xəbər lenti