Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanda Yetkinlik yaşına çatmayanların Tərbiyə Müəssisəsində cəza çəkənlərin əksəriyyəti narkotik maddələrin istifadəsinə görə cəzalandırılıblar. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib.
Quliyevin sözlərinə görə, yetkinlik yaşına çatmayanlar üçün yeni cəzaçəkmə müəssisəsi tikilir və 2013-cü ildə istifadəyə veriləcək.
"Dünya maliyyə böhranına baxmayaraq, Azərbaycanda cəzaçəkmə müəssisələrinin yaxşılaşdırılmasına fikir verilir. Hazırda 7 cəzaçəkmə müəssisəsi tikilir", - PX rəisi əlavə edib.