...

Azərbaycanda hakimlərin işə qəbulu ilə bağlı imtahan keçirilir

Cəmiyyət Materials 20 Noyabr 2011 13:06 (UTC +04:00)
Azərbaycanda bazar günü Bakı İdman sarayında vahid zalda hakimlərin işə qəbulu ilə bağlı imtahan keçirilir.
Azərbaycanda hakimlərin işə qəbulu ilə bağlı imtahan keçirilir

Azərbaycan, Bakı, 20 noyabr / Trend müxbir M.Əliyev/

Azərbaycanda bazar günü Bakı İdman sarayında vahid zalda hakimlərin işə qəbulu ilə bağlı imtahan keçirilir.

Trend-in məlumatına görə, Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev jurnalistlərə bildirib ki, imtahanda 177 nəfər hakimliyə namizəd iştirak edir.

"Hakimliyə namizədlərin seçilməsi prosesinə ilk test imtahanı sentyabr ayında aparılmışdı və həmin imtahanın nəticəsinə görə 178 nəfər uğur qazanmışdı", - o deyib.

Nağıyev qeyd edib ki, imtahanda iki sahəyə aid suallara cavab verilməlidir. "Onlardan biri mülki, digəri isə cinayət işi ilə əlaqədardır", - komitə sədri deyib.

Onun sözlərinə görə, imtahanda iştirak edən namizədlərdən 30-40 yaş arasında olanlar üstünlük təşkil edir, 50 yaşdan yuxarı olan hakimliyə namizədlərin sayı isə 4 nəfərdir.

Xəbər lenti

Xəbər lenti