...

Azərbaycanın "Kəpəz" klubunun baş məşqçisi istefa verib

Cəmiyyət Materials 21 Noyabr 2011 16:00 (UTC +04:00)
"Kəpəz" Peşəkar Futbol Klubunun baş məşqçisi Mehman Allahverdiyev və komandanın məşqçilər korpusu istefa verib.
Azərbaycanın "Kəpəz" klubunun baş məşqçisi istefa verib

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir E.Mehdiyev/

"Kəpəz" Peşəkar Futbol Klubunun baş məşqçisi Mehman Allahverdiyev və komandanın məşqçilər korpusu istefa verib. Bu barədə bazar ertəsi Trend-ə klubun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, komandanın son turlarda uğursuz çıxışı baş məşqçini və məşqçilər korpusunu bu addımı atmağa vadar edib. Komandanın yeni baş məşqçisinin kim olacağı yaxın vaxtlarda məlum olacaq.

Premyer Liqada uğursuz çıxış edən "Kəpəz" klubu hazırda 13 oyundan 12 xalla 10-cu sıradadır. Rəqib qapısına 16 qol vuran gəncəlilər öz qapılarında 22 top görüblər.

Xəbər lenti

Xəbər lenti