...

Azərbaycanda anomal hava şəraiti olacaq, qar yağacaq

Cəmiyyət Materials 23 Noyabr 2011 12:38 (UTC +04:00)
Azərbaycan sinoptiklərinin proqnozlaşdırdığı kimi bu gün günortadan sonra əsasən şimal və qərb rayonlarından başlayaraq hava kəskin pisləşəcək, temperatur 6-8 dərəcə enəcək
Azərbaycanda anomal hava şəraiti olacaq, qar yağacaq

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan sinoptiklərinin proqnozlaşdırdığı kimi bu gün günortadan sonra əsasən şimal və qərb rayonlarından başlayaraq hava kəskin pisləşəcək, temperatur 6-8 dərəcə enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən çərşənbə günü Trend-ə bildiriblər ki, Bakı və Abşeron yarımadasında noyabrın 24-də hava şəraitinin kəskin soyuq və yağıntılı keçəcəyi, arabir sulu qar, bəzi ərazilərdə qar yağacağı gözlənilir.

Güclü şimal-qərb küləyi əsəcək. Temperaturun anomal gedişi gözlənilir. Gecə və səhər 1-3 dərəcə isti, gündüz və axşam 0-2 dərəcə şaxta olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında noyabrın 24-də havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, arabir intensivləşəcəyi proqnozlaşdırılır. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 1-4 dərəcə isti, gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə və gündüz 3-8 dərəcə şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə şaxta təşkil edəcəyi proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti