...

Ermənistanın Baş naziri korrupsiyada günahlandırılır

Cəmiyyət Materials 23 Noyabr 2011 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

Ermənistan vətəndaşı, vaxtilə "Razmavar-Azatakan" partiyasının sədri postunu tutan Arutyun Arakelyan hesab edir ki, Ermənistanın Baş naziri Tiqran Sarkisyan, eləcə də onun qardaşı "Nairit" zavodu ilə bağlı milyonlarla dolların itməsinə görə cavabdehdir. Trend-in məlumatına görə, bu barədə "Armenia Today" saytı xəbər verir.

Bununla bağlı o, baş prokuror Aqvan Ovsepyan və Milli Təhlükəsizlik Xidmətinin direktoru Qorik Akopyana, eləcə də kütləvi informasiya vasitələrinə məktub ünvanlayıb.

Bununla əlaqədar noyabrın 21-də Baş nazir Tiqran Sarkisyan Baş Prokurorluğa Arutyun Arakelyanın ərizəsinin məzmununun öyrənilməsi ilə bağlı müraciət edib.

Ermənistan Baş Prokurorluğu Baş nazir Tiqran Sarkisyanın ərizəsinə əsasən müvafiq materialları polisə göndərib, qanunla müəyyən olunan qaydada vətəndaş Arakelyanın Baş nazirə və ədliyyə nazirinə ünvanladığı açıq məktubda göstərdiyi şəraitin yoxlanılmasını tapşırıb.

Xəbər lenti

Xəbər lenti