...

Cəlil Məmmədquluzadənin macar dilində "Seçilmiş hekayələri" kitabının təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Noyabr 2011 17:06 (UTC +04:00)
Azərbaycanın Macarıstandakı səfirliyinin və Naxçıvan Dövlət Universitetinin (NDU) birgə səyi ilə nəşr olunmuş Cəlil Məmmədquluzadənin "Seçilmiş hekayələri"nin təqdimat mərasimi keçirilib.
Cəlil Məmmədquluzadənin macar dilində "Seçilmiş hekayələri" kitabının təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Macarıstan EA-nın kitabxanasında Azərbaycanın Macarıstandakı səfirliyinin və Naxçıvan Dövlət Universitetinin (NDU) birgə səyi ilə nəşr olunmuş Cəlil Məmmədquluzadənin "Seçilmiş hekayələri"nin təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində macar alimlər, türkoloqlar, eləcə də Budapeştdə olan Azərbaycan Milli Məclisinin üzvləri professor Gövhər Baxşəliyeva və Mübariz Qurbanlı iştirak ediblər. Bu barədə cümə günü Trend-ə səfirlikdən məlumat verilib.

Mərasimi giriş sözü ilə səfir Vilayət Quliyev açıb.

Kitabın tərtibçisi və ön sözün müəllifi, NDU-nun rektoru, akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadə irsi, böyük yazıçının dünya ədəbiyyatındakı yeri və əsərlərinin əhəmiyyəti barəsində danışıb. Hekayələrin orijinaldan macar dilinə tərcümə edən Budapeştdəki ELTE universitetinin müəllimi, azərbaycanşünas alim Mariya Keneşi kitab üzərindəki işi və Cəlil Məmmədquluzadə irsinin müasir macar həyatı ilə səsləşən cəhətləri barəsində söz açıb.

Görkəmli türkoloq-alim, akademik Georq Xazai tarixən türk dünyası ilə Macarıstanın ortaq dəyərlərinin mövcud olduğunu və böyük Azərbaycan yazıçısının macar dilində çıxan kitabının da artıq həmin dəyərlərdən birinə çevrildiyini bildirib.

Xəbər lenti

Xəbər lenti