Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir M.Əliyev/
Xaricdə yaşayan azərbaycanlı alimlərin qrant müsabiqəsinin keçirilməsi planlaşdırılır. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bazar ertəsi jurnalistlərə bilirib.
Onun sözlərinə görə, diaspor təşkilatlarında təmsil olunan məşhur azərbaycanlı alimlərin ayrıca qrant müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.
Babayev deyib ki, Fond, həmçinin növbəti illərdə digər analoji beynəlxalq fondlarla əlaqələrini genişləndirməyi planlaşdırılır.
"Azərbaycanda elm sahələrinin təsnifatına getdikcə daha kiçik istiqamətlər əlavə edilir", - o qeyd edib.
Xaricdə yaşayan azərbaycanlı alimlərin qrant müsabiqəsi keçiriləcək