...

QMİ: Azərbaycan əraziləri işğal altında olsa da, böyük sülh üçün dindarların görüşlərinin əhəmiyyəti böyükdür

Cəmiyyət Materials 29 Noyabr 2011 15:41 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiyanın patriarxı Kirill və bütün ermənilərin katalikosu Qareginin üçtərəfli görüşündə snayperlərin cəbhə xəttindən çəkilməsi məsələsi müzakirə olunub.
QMİ: Azərbaycan əraziləri işğal altında olsa da, böyük sülh üçün dindarların görüşlərinin əhəmiyyəti böyükdür

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir M.Əliyev/

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiyanın patriarxı Kirill və bütün ermənilərin katalikosu Qareginin üçtərəfli görüşündə snayperlərin cəbhə xəttindən çəkilməsi məsələsi müzakirə olunub. Trend-in məlumatına görə, bunu QMİ-nin sədr müavini Hacı Sabir Həsənli çərşənbə axşamı keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, Azərbaycan əraziləri işğal altında olsa da, böyük sülh üçün belə görüşlərin əhəmiyyəti böyükdür.

"Din xadimlərinin üzərinə düşən sülh çağırışıdır", - Həsənli əlavə edib.

O deyib ki, II Qareginlə görüşdə şeyxülislam Allahşükür Paşazadə bu görüşlərin davam etməsi təşəbbüsünü irəli sürüb və təklif edib ki, qarşılıqlı razılıq əsasında döyüş bölgələrinin birində din xadimləri ilə görüş keçirilsin.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bazar ertəsi MDB Dinlərarası Şurasının Rəyasət Heyətinin iclasında iştirak etmək üçün Ermənistana gedib.

Rəyasət Heyətinin iclası noyabrın 28-29-da Yerevanda keçirilib.

Şeyxülislam səfər çərçivəsində İrəvanın mərkəzində yerləşən tarixi Cümə məscidini ziyarət edib. XVIII əsrin yadigarı olan bu Azərbaycan məscidi hazırda orada yaşayan və işləyən müsəlmanların (əsasən Cənubi Azərbaycandan olan) ibadət məkanı kimi fəaliyyət göstərir. Paşazadə başda olmaqla Azərbaycan nümayəndə heyəti burada namazı qılıb.

Xəbər lenti

Xəbər lenti