...

Fransanı "Eurovision 2012" müsabiqəsində təmsil edəcək iştirakçı məlum olub (FOTO)

Cəmiyyət Materials 29 Noyabr 2011 17:13 (UTC +04:00)
Fransanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edəcək iştirakçı məlum olub.
Fransanı "Eurovision 2012" müsabiqəsində təmsil edəcək iştirakçı məlum olub (FOTO)

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir E.Mehdiyev/

Fransanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edəcək iştirakçı məlum olub.

Trend-in çərşənbə axşamı "Eurovision 2012"-nin rəsmi saytına istinadən yaydığı məlumata görə, Fransa televiziyası ölkəni "Eurovision" mahnı müsabiqəsində təmsil etmək üçün İndoneziyada anadan olmuş fransalı müğənni-bəstəkar Anqunu seçib.

37 yaşlı müğənni İndoneziyanın paytaxtı olan Cakarta şəhərində anadan olub və erkən yaşlarından oxumağa başlayıb. O, özünün ən yüksək hitinə 1997-ci ildə "Snow In The Sahara" albomu ilə nail olub.

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Eurovision 2011" müsabiqəsinin qalibi olub.

Müsabiqənin yarımfinalı 2012-ci il mayın 22 və 24-də, final isə mayın 26-da Bakıda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti