...

Azərbaycan–Çexiya–Macarıstan marşrutunun açılması təklif edilib

Cəmiyyət Materials 2 Dekabr 2011 17:22 (UTC +04:00)
Əbülfəs Qarayev ilə Macarıstanın ölkəmizdəki səfiri Jolt Çutura arasında cümə günü keçirilən görüş zamanı iki ölkə arasında turist axının sayını artırmaq üçün Azərbaycan-Çexiya-Macarıstan marşrutunun açılması məsələsinə baxılması təklif edilib.
Azərbaycan–Çexiya–Macarıstan marşrutunun açılması təklif edilib

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Macarıstanın ölkəmizdəki səfiri Jolt Çutura arasında cümə günü keçirilən görüş zamanı iki ölkə arasında turist axının sayını artırmaq üçün Azərbaycan-Çexiya-Macarıstan marşrutunun açılması məsələsinə baxılması təklif edilib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, görüş zamanı ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb. Sonra nazir bu yaxınlarda Macarıstan Prezidenti Pal Şmittin Azərbaycana baş tutmuş rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Səfir Çutura öz növbəsində Azərbaycanı "Eurovision" müsabiqəsində parlaq qələbə münasibətilə təbrik edib, bu qələbənin Azərbaycanın turizm potensialının təşviq olunması baxımından vacib nailiyyət olmasını xüsusilə vurğulayıb.

Görüş zamanı səfir Azərbaycandan olan nümayəndə heyətini 2012-ci ilin iyun ayında Budapeştdə keçiriləcək beynəlxalq festival olan 17-ci Dunay Karnavalında iştirak etməyə dəvət edib.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb və bir neçə konkret layihə və proqramlar müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti