...

Azərbaycan ilə Çexiya arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalanacaq

Cəmiyyət Materials 2 Dekabr 2011 17:27 (UTC +04:00)
Azərbaycan ilə Çexiya arasında turizm sahəsində əməkdaşlıq sazişinin imzalanması nəzərdə tutulur.
Azərbaycan ilə Çexiya arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalanacaq

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan ilə Çexiya arasında turizm sahəsində əməkdaşlıq sazişinin imzalanması nəzərdə tutulur.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Çexiyanın Azərbaycandakı səfiri Radek Matula Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə görüşü zamanı onu Çexiyaya rəsmi səfər etməyə dəvət edib. Qarayev dəvəti böyük məmnuniyyətlə qəbul edib.

Səfir səfər çərçivəsində Azərbaycan ilə Çexiya arasında turizm sahəsində əməkdaşlıq sazişinin imzalanmasını təklif edib.

Görüş zamanı Azərbaycan ilə Çexiya arasında mədəniyyət sahəsində əməkdaşlığın vəziyyəti və perspektivləri, dinamik inkişafı, təcrübə mübadiləsi, beynəlxalq layihələrdə birgə iştirak və s. mövzular müzakirə olunub.

Nazir turizm sahəsində əməkdaşlıqdan əlavə, Çexiya ilə Azərbaycan tərəfinin müvafiq qurumları arasında mədəniyyət sahəsində də ikitərəfli sazişin imzalanması təklifi ilə çıxış edib.

Qarayev Çexiyada fəaliyyət göstərən turizm şirkətlərini hər il aprel ayında Bakıda keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahət Sərgisində iştirak etməyə dəvət edib.

Görüşün sonunda səfir iki ölkə arasında turizm və mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə əmin olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti