...

Bərdə şəhəri ilə bağlı arxeoloji tədqiqatlar aparılacaq

Cəmiyyət Materials 7 Dekabr 2011 17:38 (UTC +04:00)
Arxeologiya və Etnoqrafiya İnstitutu yaxın günlərdə ən qədim Bərdə şəhəri ilə bağlı arxeoloji tədqiqatların aparılmasına başlayacaq.
Bərdə şəhəri ilə bağlı arxeoloji tədqiqatlar aparılacaq

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu yaxın günlərdə ən qədim Bərdə şəhəri ilə bağlı arxeoloji tədqiqatların aparılmasına başlayacaq.

Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Bərdə Arxeoloji Ekspedisiyasının rəisi, tarix-elmlər doktoru, professor Arif Məmmədov məlumat verib.

O bildirib ki, bununla bağlı Bərdədəki Şortəpə abidələr kompleksinə aid Balatəpə yaşayış yerində qazıntılar aparılacaq. Balatəpə yaşayış yeri son eneoloit - ilk tunc dövrünə aiddir. Burada ən qədim Bərdə şəhərinin olması haqqında müəyyən fikirlər var. Tədqiqat işlərinin aparılmasında məqsəd Bərdənin daha qədimliyini sübut etmək üçün əlavə faktlar aşkarlamaqdır.

Xəbər lenti

Xəbər lenti