...

TQDK sədri azərbaycanlı abituriyentlərin imtahansız qonşu ölkələrin ali məktəblərinə daxil ola bilməsinin səbəbini açıqlayıb

Cəmiyyət Materials 8 Dekabr 2011 14:36 (UTC +04:00)
TQDK sədri azərbaycanlı abituriyentlərin imtahansız qonşu ölkələrin ali məktəblərinə daxil ola bilməsinin səbəbini açıqlayıb
TQDK sədri azərbaycanlı abituriyentlərin imtahansız qonşu ölkələrin ali məktəblərinə daxil ola bilməsinin səbəbini açıqlayıb

Azərbaycan, Bakı, 8 dekabr / Trend müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə hesab edir ki, qonşu ölkələrdə, o cümlədən Rusiya və Ukraynada müəyyən demoqrafik problemlərlə əlaqədar ali məktəblərdə boş plan yerləri qaldığı üçün onlar azərbaycanlı abituriyentləri yalnız attestatla, imtahansız öz ali məktəblərinə qəbul edirlər.

"Bir sıra məktəblər, o cümlədən Ukrayna məktəbləri deyirlər ki, heç nə lazım deyil, gəlin, yalnız attestatla, intahan vermədən bizim məktəbimizdə oxuyun. Rusiya, Ukraynada müəyyən demoqrafik problemlər var, əhali yoxdur. Ona görə də onlar belə yollarla bizim abituriyentlərimizi xarici tələbə kimi qəbul etmək istəyirlər. Onlar tələbəni sıfır balla qəbul edib, onu öyrədir və mütəxəssis kimi yetişdirirlərsə, bu, müsbət haldır. Amma formal olaraq, tələbələri sentyabrda qəbul etmək, yanvarda isə Azərbaycanın ali məktəblərinə köçürmək yaxşı hal deyil", - Trend-in məlumatına görə, TQDK sədri cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, xarici ölkələrin ali məktəblərindən Azərbaycanın ali məktəblərinə kütləvi tələbə köçürmələrinin arxasında süni səbəblər dayanır.

Abbaszadə bildirib ki, köçürmə halları ilə yalnız TQDK deyil, ictimaiyyət, müvafiq orqanlar da mübarizə aparmalıdır.

Xəbər lenti

Xəbər lenti