...

Sabah Azərbaycanda hava şəraiti pisləşəcək, temperatur 3-5 dərəcə enəcək

Cəmiyyət Materials 9 Dekabr 2011 12:18 (UTC +04:00)
Sabah Azərbaycanda hava şəraiti pisləşəcək, temperatur 3-5 dərəcə enəcək
Sabah Azərbaycanda hava şəraiti pisləşəcək, temperatur 3-5 dərəcə enəcək

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanda hava şəraiti pisləşəcək, temperatur 3-5 dərəcə enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən cümə günü Trend-ə bildiriblər ki, dekabrın 10-nu gündüzdən, 11-i səhərədək hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, axşam və gecə yağış yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında dekabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Günün ikinci yarısında havanın tədricən tutulacağı, axşama doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-5 dərəcə isti, günün birinci yarısında 7-9 dərəcə, günün ikinci yarısında isə 4 dərəcəyə yaxın isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 10-da bəzi rayonlarda yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 8-13 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti