...

Nazirlər Kabineti elektron xidmət növlərinin siyahısında dəyişiklik edib

Cəmiyyət Materials 9 Dekabr 2011 17:53 (UTC +04:00)
Nazirlər Kabineti elektron xidmət növlərinin siyahısında dəyişiklik edib.
Nazirlər Kabineti elektron xidmət növlərinin siyahısında dəyişiklik edib

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Nazirlər Kabineti elektron xidmət növlərinin siyahısında dəyişiklik edib.

Kabinetdən Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin 24 noyabr tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Elektron xidmət növlərinin Siyahısı"nın 31.2-ci bəndi ləğv edilib.

Həmin bənddə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə və torpağa mülkiyyət hüququna dair dövlət aktlarına dublikatların verilməsi ilə bağlı elektron xidmətin göstərilməsi nəzərdə tutulurdu.

Xəbər lenti

Xəbər lenti