Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Sabah Azərbaycan ərazisində hava buludlu keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bazar ertəsi Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 13-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturunun gecə 3-6, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 13-də hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşam bəzi şərq rayonlarında az yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12 dərəcə şaxta olacağı gözlənilir.
Dekabrın 13-dən 15-dək Abşeron yarımadasında nisbətən yüksək atmosfer təzyiqi fonunda meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.