Azərbaycan, Bakı, 15 dekabr / Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda vəkilliyə qəbulla bağlı müsabiqə yekunlaşıb.
Vəkillər Kollegiyasından cümə axşamı Trend-ə verilən məlumata görə, vəkilliyə qəbul üçün keçirilən imtahanlarda uğur qazanmış namizədlərlə söhbət başa çatıb.
Müsabiqənin birinci mərhələsində uğur qazanmış 177 nəfər namizəddən 130 nəfəri lazımi nəticə toplayaraq vəkilliyə qəbul olunub.
Kollegiyadan bildirilib ki, vəkilliyə qəbul edilən hüquqşünaslar Ədliyyə Akademiyasında 1 aylıq tədris kursu keçəcək və sonra onlar Vəkillər Kollegiyasının Rəyasət Heyətində vəkil andı içdikdən sonra fəaliyyətə başlayacaqlar.
Azərbaycan vəkillərin sayına görə Avropa ölkələri sırasında sonuncu yerlərdə durur. Hazırda ölkədə 800-ə yaxın vəkil var.