...

2012-ci ilin sonuna qədər Azərbaycanın regionundakı poliknikaların məlumat bazası rəqəmsal formata keçiriləcək

Cəmiyyət Materials 1 Yanvar 2012 12:00 (UTC +04:00)
Bakının uşaq poliklinikalarının (18 yaşa qədər olan pasiyentlər) məlumat bazası kağız arxivindən tamamilə elektron varianta keçirilib. Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin informasiya şöbəsindən məlumat verilib.
2012-ci ilin sonuna qədər Azərbaycanın regionundakı poliknikaların məlumat bazası rəqəmsal formata keçiriləcək

Azərbaycan, Bakı, 1 yanvar / Trend, müxbir H.Vəliyev/

Bakının uşaq poliklinikalarının (18 yaşa qədər olan pasiyentlər) məlumat bazası kağız arxivindən tamamilə elektron varianta keçirilib. Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin informasiya şöbəsindən məlumat verilib.

Məlumata görə, bu göstərici respublikanın rayonları üzrə çox da böyük deyil, lakin nazirliyin planına əsasən, 2012-ci ilin sonuna qədər regional poliknikaların məlumat bazası da rəqəmsal formata keçiriləcək.

İnformasiya lokal şəbəkə vasitəsilə tibb müəssisələrindən birbaşa vahid məlumatlar bankına daxil olur. Pasiyentlər barədə tibbi uçot aparılmasının avtomatlaşdırılması lazım olan informasiyanın axtarışını əhəmiyyətli dərəcədə asanlaşdırır və dioqnoz qoymanın vaxtını azaldır.

Hazırda sistemə nazirliyin tabeliyində olan doğum evləri, xəstəxanaların doğum şöbələri və uşaq tibb müəssisələri qoşulublar. Nazirliyin bölmələri arasında lokal şəbəkə yaradılıb ki, bu da xidməti informasiyanın operativ mübadiləsinə imkan verir.

Yeniyetmələrdən fərqli olaraq yeni doğulanlara "Elektron plastik kartlar" verilir. Elektron sağlamlıq kartları Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanır və poliklinikalar vasitəsilə pulsuz olaraq valideynlərə verilir.

Məlumata görə, Səhiyyə Nazirliyi tərəfindən ilin sonuna olan vəziyyətə görə, 490 mindən artıq "Elektron sağlamlıq kartları" verilib.

Verilən kartların ümumi sayından təxminən 44,5 mini dərman preparatlarının pulsuz əsasda verildiyi pasiyentlər kateqoriyasının payına düşür, 96,6 min kart isə tibbi müayinədən keçən pasiyentlərə ayrılıb.

Kartlarda sahibin şəxsiyyəti, tibbi və sosial sığortaları və s. haqqında məlumat yer alır.

Xəbər lenti

Xəbər lenti