...

Azərbaycan paralimpiyaçıları 2011-ci ildə 52 medal qazanıblar

Cəmiyyət Materials 29 Dekabr 2011 10:35 (UTC +04:00)
Azərbaycan paralimpiyaçıları 2011-ci ildə 52 medal qazanıblar.
Azərbaycan paralimpiyaçıları 2011-ci ildə 52 medal qazanıblar

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan paralimpiyaçıları 2011-ci ildə 52 medal qazanıblar.

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, 2011-ci il Azərbaycan paralimpiyaçıları üçün uğurlu olub.

Paralimpiyaçılar 2011-ci il ərzində 8 idman növü üzrə dünya, Avropa çempionatlarında, dünya oyunları, dünya kuboku və "A" kateqoriyalı rəsmi yarışlarda mübarizəyə qoşulub və yüksək nailiyyətlər qazanıblar.

Bu il idmançıların əldə etdikləri medalların sayı ötən ilkindən 16 medal çoxdur.

Qazanılan 52 medaldan 6-sı dünya çempionatlarında, 4-ü Avropa çempionatlarında, 42-si isə XIV London Yay Paralimpiya Oyunlarına lisenziya xalı verən dünya oyunları, dünya kuboku və "A" kateqoriyalı rəsmi yarışlarda əldə edilib.

2011-ci ilin nəticələri əsasında 2012-ci il XIV London Yay Paralimpiya Oyunlarına qazanılan lisenziyaların sayı 20-dir.

Xəbər lenti

Xəbər lenti