...

Azərbaycanın bəzi rayonlarına gedən yollar buz bağlayıb

Cəmiyyət Materials 3 Yanvar 2012 12:01 (UTC +04:00)
Azərbaycanın bəzi rayonlarına gedən yollar buz bağlayıb.
Azərbaycanın bəzi rayonlarına gedən yollar buz bağlayıb

Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın bəzi rayonlarına gedən yollar buz bağlayıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev çərşənbə axşamı Trend-ə bildirib ki, qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq Bakı-Quba yolunun 141-ci kilometrliyindən 178-ci kilometrliyinədək olan hissədə, Muğanlı-İsmayıllı, Şamaxı-Mərəzə yollarında, Ağsu aşırımında nəqliyyatın hərəkəti çətinləşib.

Həmin yolların bir hissəsi buz bağlayıb.

Əliyev həmin yolların buz bağlaması səbəbindən bu yollarda zənciri, mövsümi qış təkərləri və hər iki oxu aparıcı olan avtomobillərin hərəkətini tövsiyə edir.

Baş Dövlət Yol Polisi İdarəsi idarəetmə təcrübəsi olmayan sürücülərə şaxtalı, buzlu hava şəraitində yola çıxmamağı məsləhət görür.

Qeyd edək ki, dünəndən Azərbaycanın bəzi rayonlarına qar yağır.

Xəbər lenti

Xəbər lenti