...

Bakı məktəblərinin IV–VI sinif şagirdlərinin riyaziyyat fənnindən bilikləri yoxlanılacaq

Cəmiyyət Materials 5 Yanvar 2012 16:12 (UTC +04:00)
Bu il Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki orta məktəblərdə təhsil alan bütün IV-VI sinif şagirdlərinin və ibtidai sinif müəllimlərinin riyaziyyat fənnindən bilikləri yoxlanılacaq.
Bakı məktəblərinin IV–VI sinif şagirdlərinin riyaziyyat fənnindən bilikləri yoxlanılacaq

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Bu il Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki orta məktəblərdə təhsil alan bütün IV-VI sinif şagirdlərinin və ibtidai sinif müəllimlərinin riyaziyyat fənnindən bilikləri yoxlanılacaq. Bunu cümə axşamı Trend-ə Bakı Şəhər təhsil İdarəsindən deyiblər.

İdarədən bildiriblər ki, test yoxlamasının keçirilməsində məqsəd şagirdlərin və müəllimlərin riyaziyyat fənni üzrə bilik səviyyələrini müəyyən etməkdir. Test sualları BŞTİ mütəxəssisləri tərəfindən hazırlanır. Suallar orta səviyyədə müəyyənləşdirilir. İmtahanda eyni suallara həm müəllimlər, həm də şagirdlər cavab verirlər.

Ötən ilin aprel ayında isə BŞTİ-nin tabeliyindəki orta məktəblərin IV-V siniflərində oxuyan şagirdlər və ibtidai sinif müəllimləri riyaziyyat fənnindən imtahan veriblər. Bu imtahanda 50-yə yaxın müəllim zəif nəticə göstərib. Həmin müəllimlər Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun təkmilləşdirmə kurslarına göndəriliblər.

Xəbər lenti

Xəbər lenti