...

Şagirdlər üçün "Sabahın alimləri" müsabiqəsi keçiriləcək

Cəmiyyət Materials 16 Yanvar 2012 12:39 (UTC +04:00)
Fevralın 23-24-də Bakı şəhərində "Sabahın alimləri" respublika müsabiqəsi keçiriləcək.
Şagirdlər üçün "Sabahın alimləri" müsabiqəsi keçiriləcək

Azərbaycan, Bakı, 16 yanvar / Trend müxbir İ.İsabalayeva/

Fevralın 23-24-də Bakı şəhərində "Sabahın alimləri" respublika müsabiqəsi keçiriləcək.

Təhsil Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, müsabiqə ABŞ-da keçirilən şagirdlərin Beynəlxalq Elm və Mühəndislik Sərgisi (İntel İsef) çərçivəsində təşkil olunur.

Müsabiqədə Bakı və Sumqayıt şəhərlərində yerləşən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edə bilərlər.

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, "Mədəd" Təşkilatı tərəfindən təşkil olunan müsabiqəyə Bakı Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti elmi dəstək verir.

Layihələrin qeydiyyatı yanvarın 11-dən fevralın 10-dək sabahinalimleri.edu.az saytında online rejimdə aparılır.

Xəbər lenti

Xəbər lenti