Azərbaycan, Bakı, 19 yanvar / Trend müxbir İ.İsabalayeva/
Ötən il ərzində Azərbaycan və onunla sərhəd zonalarda 3840 yeraltı təkan qeydə alınıb. Bunu cümə axşamı Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, həmin zəlzələlərin 17-si hiss edilib. Ötən ilin hiss edilən ən güclü təkanı martın 25-də episentrində 4-5 bal gücündə olmaqla, Füzulidə baş verib.
Yetirmişli deyib ki, hiss edilən təkanlar daha çox 3-3,5 bal gücündə qeydə alınıb. Digər hiss edilən təkanlar fevralın 28-də episentrində 4 bal gücündə olmaqla Qəbələ rayonundan bir neçə km aralıda, mayın 30-da episentrində 4 bal gücündə olmaqla, Zaqataladan kənarda, avqustda Şəmkir rayonunda qeydə alınıb.
Xidmət direktorunun sözlərinə görə, ümumilikdə ölkə ərazisində yüksək seysmiklik baxımından, Şamaxı-İsmayıllı bölgəsi zəif təkanlar hesabına aktivdir.