Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
İnternetdə qayda pozan sürücülərdən rüşvət alan yol polisi əməkdaşları barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma (passiv rüşvətxorluq) maddəsi ilə cinayət işi açılıb. Trend-in məlumatına görə, bu barədə cümə günü keçirilən tədbirdə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev deyib.
Əliyev deyib ki, hazırda cinayət işi ilə bağlı istintaq aparılır.
Qeyd edək ki, Azərbaycanda rüşvət alan həmin yol polisləri daxili işlər orqanlarından xaric edilib.
Bakıda rüşvət alan yol polisləri barədə cinayət işi açılıb
İnternetdə qayda pozan sürücülərdən rüşvət alan yol polisi əməkdaşları barəsində Cinayət Məcəlləsinin 311-ci maddəsi ilə cinayət işi açılıb
