...

Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində yeni fəaliyyət planı hazırlanacaq

Cəmiyyət Materials 27 Yanvar 2012 13:57 (UTC +04:00)
Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində yeni fəaliyyət planı hazırlanacaq. Bunu cümə günü Trend-ə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib.
Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində yeni fəaliyyət planı hazırlanacaq

Azərbaycan, Bakı, 27 yanvar / Trend müxbir M.Əliyev/

Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində yeni fəaliyyət planı hazırlanacaq. Bunu cümə günü Trend-ə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, fəaliyyət planı qeyri-hökumət təşkilatları, ictimai birliklərlə müzakirələr aparılaraq hazırlanacaq.

"Fəaliyyət planının hazırlığını cari il ərzində yekunlaşdırmağa çalışacağıq", - Əliyev deyib.

İdarə rəisi qeyd edib ki, yeni fəaliyyət planında korrupsiya ilə mübarizə sahəsində dövlət idarələrinin işinin daha təkmil formada təşkili, bu istiqamətdə beynəlxalq təcrübənin geniş tətbiqi öz əksini tapacaq.

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağli fəaliyyət planı 2007-2011-ci illəri əhatə edib. Plan qanunvericiliyin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyəti, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumlar, hüquq-mühafizə orqanları və məhkəmələrin fəaliyyəti, iqtisadi və sosial, maarifləndirmə və əməkdaşlıq sahələrini özündə əks etdirən 59 bənddən ibarətdir.

Xəbər lenti

Xəbər lenti