...

Bu gündən "Eurovision 2012"-nin milli seçim turunun növbəti mərhələsi başlayır

Cəmiyyət Materials 30 Yanvar 2012 18:20 (UTC +04:00)
Bu gündən "Eurovision 2012" mahnı müsabiqəsinin milli seçim turunun növbəti mərəhəsi başlayır.
Bu gündən "Eurovision 2012"-nin milli seçim turunun növbəti mərhələsi başlayır

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Bu gündən "Eurovision 2012" mahnı müsabiqəsinin milli seçim turunun növbəti mərəhəsi başlayır. Bu mərhələdə 8 ifaçı müsabiqədə Azərbaycanı təmsil etmək uğrunda mübarizə aparacaq.

İfaçılar - Orxan Kərimli, Məryam Kərimova, Xəyyam Mustafazadə, Fəqan Səfərov, Elton İbrahimov, Adil Baxışlı, Səbinə Babayeva və Arzu İsmayılova Azərbaycanı müsabiqədə təmsil etmək uğrunda mübarizə aparacaqlar. Trend-in bazar ertəsi İctimai Televiziyaya istinadən yaydığı məlumata görə, 5 gün ərzində ifaçılar istedad və bacarıqlarını nümayiş etdirəcəklər.

Münsiflər heyəti və tamaşaçıların rəyi əsasında isə həftənin sonunda 5 ifaçı finala vəsiqə qazanacaq. Onlar Qala konsertində çıxış edəcək. Münsiflərin qərarı əsasında isə qələbə qazanan iştirakçı bu ilin mayında Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək.

Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.

May ayının 22-si və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək.

57-ci "Eurovision" mahnı müsabiqəsi Bayraq meydanında inşa olunan "Baku Crystal Hall"da baş tutacaq.

Xəbər lenti

Xəbər lenti