...

Azərbaycanla Qırğızıstan arasında gənclər sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Cəmiyyət Materials 1 Fevral 2012 13:05 (UTC +04:00)
Bakıda çərşənbə günü Azərbaycanla Qırğızıstan arasında gənclər sahəsində əməkdaşlığa dair saziş imzalanıb.
Azərbaycanla Qırğızıstan arasında gənclər sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir E.Mehdiyev/

Bakıda çərşənbə günü Azərbaycanla Qırğızıstan arasında gənclər sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

Trend-in məlumatına görə, sazişi Azərbaycan tərəfdən gənclər və idman naziri Azad Rəhimov, Qırğızıstan tərəfindən isə gənclər, əmək və məşğulluq naziri Aliaspek Alımkulov imzalayıb.

Azad Rəhimov qeyd edib ki, Azərbaycanda gənclər siyasətinə xüsusi diqqət yetirilir.

"Gənclərlə bağlı iki dövlət proqramı hazırlanıb. Sonuncu proqramda dövlətin gənclər siyasəti ilə bağlı bütün prioritet məsələlər öz əksini tapıb. Eyni zamanda, bu yaxınlarda Gənclər Fondu yaradılıb və ümid edirik ki, bu fond gənclərin inkişafında, onların problemlərinin həllində mühüm rol oynayacaq. Azərbaycan gənc ölkədir. Əhalinin 66 faizə qədərini 35 yaşadək olanlar təşkil edir. Qırğızıstanda da gənclərə böyük diqqət göstərilir, gənclər sahəsində iki ölkə arasında əməkdaşlığı genişləndirmək niyyətindəyik" nazir qeyd edib.

Aliaspek Alımkulov bildirib ki, Azərbaycan qədim tarixə, mədəniyyətə malik olan ölkədir. Azərbaycanın gənclər sahəsində də kifayət qədər təcrübəsi var. "Bu təcrübədən yararlanmaq və iki ölkə arasında gənclər sahəsində əlaqələri genişləndirmək istəyirik", - o deyib.

Dünən Qırğızıstan Respublikasının gənclər, əmək və məşgulluq naziri Aliasbek Alımkulovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Səfər Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gənclər siyasəti sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi və əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə gerçəkləşir.

Səfər fevral 3-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti