...

Hava şəraiti ilə əlaqədar Azərbaycan Dəmir Yolları gücləndirilmiş iş rejiminə keçib

Cəmiyyət Materials 2 Fevral 2012 12:26 (UTC +04:00)
Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC gücləndirilmiş iş rejiminə keçib.
Hava şəraiti ilə əlaqədar Azərbaycan Dəmir Yolları gücləndirilmiş iş rejiminə keçib

Azərbaycan, Bakı, 2 fevral / Trend müxbir E.Mehdiyev/

Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC gücləndirilmiş iş rejiminə keçib.

QSC-nin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, avtomobil yollarının buz bağlaması nəticəsində dəmir yolunun xidmətindən istifadə edən sərnişinlərin sayı artıb.

Sərnişin Daşımaları Departamenti sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-20 əlavə vaqonun qoşulmasını təmin edir.

İnfrastruktur Departamenti yolları, infrastrukturu və texniki qurğuları gündəlik nəzarətdə saxlayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-nə kimi hökm sürəcək.

Xəbər lenti

Xəbər lenti