...

Ədliyyə orqanlarında Gənclər Günü münasibətilə "Açıq qapı" həftəsi keçirilir

Cəmiyyət Materials 2 Fevral 2012 12:51 (UTC +04:00)
Azərbaycan Ədliyyə Nazirliyi Gənclər Günü münasibətilə "Açıq qapı" həftəsi keçirir.
Ədliyyə orqanlarında Gənclər Günü münasibətilə "Açıq qapı" həftəsi keçirilir

Azərbaycan, Bakı, 2 fevral / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan Ədliyyə Nazirliyi Gənclər Günü münasibətilə "Açıq qapı" həftəsi keçirir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ədliyyə orqanlarında "Açıq qapı" həftəsi fevral ayının əvvəlindən başlayıb.

Ədliyyə orqanlarında çalışan gənclər qayğıları, onları maraqlandıran məsələlər, eləcə də faydalı təşəbbüsləri ilə bağlı nazirliyin aidiyyəti struktur qurum rəhbərlərinə və Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə müraciət edə bilərlər.

Nazirlikdən verilən məlumata görə, hazırda ədliyyə orqanlarında çalışan işçilərin təxminən hər ikisindən birini, nazirliyin aparatında isə işçilərin hər üçündən birini gənclər təşkil edir. 2011-ci ildə ədliyyə orqanlarına işə qəbul edilənlərin 82 faizi gənclər olub.

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı davam edən sayca 6-cı açıq müsabiqənin ikinci mərhələsində iştirak edən hüquqşünasların 86 faizi gələcəyini ədliyyə orqanları ilə bağlamaq istəyən gənclərdir.

Gənclərlə bağlı 200-dən artıq qeyri-hökumət təşkilatı Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq hazırda fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti