...

Penitensiar Xidmətin Mühafizə alayında Gənclər Günü qeyd edilib (FOTO)

Cəmiyyət Materials 2 Fevral 2012 15:18 (UTC +04:00)
Gənclər Günü Penitensiar Xidmətin Mühafizə alayında və bölüklərdə qeyd edilib.
Penitensiar Xidmətin Mühafizə alayında Gənclər Günü qeyd edilib (FOTO)

Azərbaycan, Bakı, 2 fevral /Trend/

Gənclər Günü Penitensiar Xidmətin Mühafizə alayında və bölüklərdə qeyd edilib.

Trend-in cümə axşamı Penitensiar Xidmətin rəsmi saytına istinadən verdiyi məlumata görə, Mühafizə alayında keçirilən tədbirdə alay komandiri ədliyyə polkovniki Mehman Məmmədov çıxış edərək, 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra ümummilli liderimiz Heydər Əliyev tərəfindən ölkəmizdə gənclər siyasətinin diqqət mərkəzində saxlandığını və bunun nəticəsi olaraq ölkə Prezidentinin sərəncamı ilə 1997-ci ildən etibarən hər il fevral ayının 2-nin Gənclər Günü kimi qeyd olunduğunu bildirib.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan gəncliyini sevmiş, ona diqqət və qayğısını əsirgəməmişdir.

Alay komandiri eyni zamanda vurğulayıb ki, bu gün ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət gənclər siyasəti də gənclərimizin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir.

Dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində müasir Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib.

Tədbirdə şəxsi heyət tərəfindən sənədli filmlər toplusundan "Heydər Əliyev - Dünyaya pəncərə" filminə baxış keçirilib.

Xəbər lenti

Xəbər lenti