...

Bakıda təcili yardım xidmətinin fəaliyyətində problemlər yaranıb

Cəmiyyət Materials 3 Fevral 2012 10:34 (UTC +04:00)
Bakıda təcili yardım xidmətinin fəaliyyətində problemlər yaranıb.
Bakıda təcili yardım xidmətinin fəaliyyətində problemlər yaranıb

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda təcili yardım xidmətinin fəaliyyətində problemlər yaranıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov Trend-ə bildirib ki, paytaxtın mərkəzi küçələri istisna olmaqla, digər küçə və yollarda hələ də qar və buz örtüyünün təmizlənməməsi təcili yardım maşınlarının hərəkətində problem yaradıb.

Həmidov deyib ki, dünən təcili yardım maşınları bir neçə halda çağrışa vaxtında çata bilməyib.

Baş həkim Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 8 və 16 saylı stansiyalarında elektrik enerjisinin kəsildiyini və bunun nəticəsində həmin stansiyaların işinin iflic olduğunu bildirib.

Onun sözlərinə görə, 8 saylı stansiyada elektrik enerjisinin verilişi bərpa olunsa da, 16 saylı Binəqədi rayon təcili yardım stansiyası hələ də işıqsızdır.

Həmidov deyib ki, bununla əlaqədar "Bakıelektrikşəbəkə"yə dəfələrlə müraciət olunsa da, cavabdeh qurum lazımi tədbirlər görməyib.

"Bakıelektrikşəbəkə"dən Trend-ə bildirilib ki, bu saatlarda stansiyaya elektrik enerjisinin verilişi bərpa olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-dək hökm sürəcək.

Xəbər lenti

Xəbər lenti