...

Azərbaycanda şaxtalı günlərdə "bomj"ların problemləri necə həll edilməlidir?

Cəmiyyət Materials 6 Fevral 2012 16:40 (UTC +04:00)
Azərbaycanda bu gün "bomj" adlandırılan tüfeyli həyat tərzi keçirən evsiz adamların problemləri ilə xeyriyyəçilik institutları məşğul ola bilərlər.
Azərbaycanda şaxtalı günlərdə "bomj"ların problemləri necə həll edilməlidir?

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda bu gün "bomj" adlandırılan tüfeyli həyat tərzi keçirən evsiz adamların problemləri ilə xeyriyyəçilik institutları məşğul ola bilərlər. Bu barədə Trend-ə bazar ertəsi Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda bu qəbildən olan adamlar çox azdır və onlar əsasən alkoqoliklərdir.

"Azərbaycanda yaşlı insanlarla bağlı "Ahılların sosial xidmət haqqında" və digər qanunlar qəbul olunub. Bu, ölkədə kütləvi hal, katastrofik vəziyyət deyil ki, bunun üçün ayrıca qanun qəbul edək", - Rəcəbli deyib.

Rəcəbli Macarıstanı misal çəkərək deyib ki, həmin ölkənin təxminən 10 milyona yaxın əhalisinin 240 mini bu qəbildən olan insanlardır. O qeyd edib ki, Avropada belə insanlara daha çox rast gəlmək olur və onların problemlərini xeyriyyəçilik institutları həll edir.

Hüquq müdafiəçisi Sahib Məmmədov isə Trend-ə bildirib ki, bu problem ən inkişaf etmiş ölkələrdə də var.

"Onların hamısını evlə təmin etmək mümkün deyil, çünki bu, müəyyən sosial proseslərin nəticəsində əmələ gələn məsələdir və sonra başqaları da ortaya çıxır", - o deyib.

Məmmədovun sözlərinə görə, bu məsələlərin həllini bütün dünyada qeyri-hökumət təşkilatları, kilsələr həyata keçirir.

"QHT-lərin bir qismi onları soyuq havada paltarla, digəri yeməklə, digəri daimi və müvəqqəti sığınacaqla təmin edir", - hüquq müdafiəçisi deyib.

O bildirib ki, Azərbaycanda dövlət QHT-lər üçün qrant layihəsi təqdim edir və hər hansı bir QHT bu məsələ ilə bağlı layihə hazırlayıb tenderdə iştirak edə bilər. "Bu məsələdə dövlət tənzimləməsindən çox, vətəndaş cəmiyyətinin aktivliyi əsas rol oynayır", - Məmmədov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti