...

Kür çayının bəzi hissələrində yaranan buz qatı artıq əriyib

Cəmiyyət Materials 9 Fevral 2012 16:18 (UTC +04:00)
Kür çayının bəzi hissələrində yaranan buz qatı artıq əriyib.
Kür çayının bəzi hissələrində yaranan buz qatı artıq əriyib

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir İ.İsabalayeva/

Kür çayının bəzi hissələrində yaranan buz qatı artıq əriyib. Bunu cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazisində müşahidə edilən şaxtalı hava şəraiti ilə əlaqədar Kürün Ağstafa rayonundakı Qıraqkəsəmən ərazisindən keçən hissəsində bir necə gün əvvəl buz örtüyü yaranmışdı. Buzlaşma yalnız çayın kənar hissələrində baş vermişdi.

Verdiyev bildirib ki, hazırda Kürdə donma müşahidə edilmir. Artıq Kürdə vəziyyət sabitdir.

Azərbaycan ərazisində yanvarın sonu fevralın əvvəlindən hökm sürən şaxtalı hava şəraitinə görə, Xəzər dənizinin və Kür çayının bəzi hissəsi donub.

Xəbər lenti

Xəbər lenti