...

Hadı Rəcəbli: Gənclərin cəmiyyətdə asudə vaxtının təşkili cinayət hallarının sayını azaldar

Cəmiyyət Materials 15 Fevral 2012 12:17 (UTC +04:00)
Gənclərin asudə vaxtının təmin olunmasına və psixoloji adaptasiyası məsələlərinə daha çox diqqət artırılarsa, gənclər arasında cinayət hallarının sayı azalar.
Hadı Rəcəbli: Gənclərin cəmiyyətdə asudə vaxtının təşkili cinayət hallarının sayını azaldar

Azərbaycan, Bakı, 15 fevral /Trend müxbir E.Mehdiyev/

Gənclərin asudə vaxtının təmin olunmasına və psixoloji adaptasiyası məsələlərinə daha çox diqqət artırılarsa, gənclər arasında cinayət hallarının sayı azalar. Trend-in məlumatına görə, bunu jurnalistlərə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.

Rəcəbli hesab edir ki, bütövlükdə gənclərin cəmiyyətdə asudə vaxtının təşkili, onların zərərli vərdişlərdən uzaq olması üçün müvafiq işlər görülməlidir.

"Əgər dediyimiz istiqamətlər üzrə işlər yaxşı aparılarsa, əlbəttə gənclər arasında cinayət faktlarının azalmasına nail ola bilərik", - o deyib.

Cinayət törədənlərin böyük əksəriyyətinin gənclər olduğunu deyən komitə sədri hesab edir ki, bu kontigent işlə təmin olunmalıdır.

Onun fikrincə, bu sahədə QHT və bələdiyyələrin fəaliyyəti genişləndirilməlidir.

"Əlbəttə ki, hazırda Gənclər və İdman Nazirliyində bu istiqamətdə müvafiq işlər görülür", - o deyib.

Xəbər lenti

Xəbər lenti