...

"Eurovision-2012" üçün kastinqlərdə iştirak edən şəxslərin fotoları təhlil edilib

Cəmiyyət Materials 16 Fevral 2012 13:57 (UTC +04:00)
"Eurovision" mahnı müsabiqəsi zamanı Azərbaycanın tanıtım videoçarxları üçün keçirilən kastinqlərdəki bütün fotolar kastinq meneceri və rejissorlar tərəfindən təhlil edilib.
"Eurovision-2012" üçün kastinqlərdə iştirak edən şəxslərin fotoları təhlil edilib

Azərbaycan, Bakı, 16 fevral / Trend müxbir İ.İsabalayeva/

"Eurovision" mahnı müsabiqəsi zamanı Azərbaycanın tanıtım videoçarxları üçün keçirilən kastinqlərdəki bütün fotolar kastinq meneceri və rejissorlar tərəfindən təhlil edilib.

Trend-in cümə axşamı müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunun əsasında kastinq bazası yaradılıb.

"Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində müxtəlif tanıtım videolarının çəkilişində bu kastinq bazasından istifadə ediləcək. Bu zaman hər bir çəkilişin formatı və tələbinə uyğun şəxslər dəvət olunacaq.

"Eurovision" mahnı müsabiqəsi ilə əlaqədar yanvarın 6-da və fevralın 4-də kastinqlər keçirilib. Kastinqlərin keçirilməsində məqsəd "Eurovision" mahnı müsabiqəsinin tanıtım videoçarxlarında çəkiləcək simaların sadə vətəndaşlar arasından seçilməsi və bu müsabiqədə hamının yaxından iştirakına imkan yaradılmasıdır.

Xəbər lenti

Xəbər lenti