...

Azərbaycanda fiziki və hüquqi şəxslər narkoloji xidmətin maliyyələşdirilməsinə cəlb olunacaq

Cəmiyyət Materials 20 Fevral 2012 12:15 (UTC +04:00)
Azərbaycanda fiziki və hüquqi şəxslər də narkoloji xidmətin və nəzarətin maliyyələşdirilməsinə cəlb olunacaq.
Azərbaycanda fiziki və hüquqi şəxslər narkoloji xidmətin maliyyələşdirilməsinə cəlb olunacaq

Azərbaycan, Bakı, 20 fevral / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda fiziki və hüquqi şəxslər də narkoloji xidmətin və nəzarətin maliyyələşdirilməsinə cəlb olunacaq.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, "Narkoloji xidmət və nəzarət haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi hazırlanıb.

Parlamentə daxil olan layihədə qeyd olunub ki, narkoloji xidmətin və nəzarətin maliyyələşdirilməsi dövlət büdcəsinin, habelə fiziki və hüquqi şəxslərin vəsaiti hesabına həyata keçirilir.

Hazırda qüvvədə olan qanuna görə isə narkoloji xidmətin və nəzarətin maliyyələşdirilməsi vahid dövlət proqramına uyğun olaraq dövlət büdcəsinin vəsaiti, habelə fiziki və hüquqi şəxslərin ianələri hesabına həyata keçirilir.

Yeni layihədə narkoloji yardımın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Xəbər lenti

Xəbər lenti