...

Magistraturaya qəbul imtahanının birinci mərhələsinin vaxtı dəyişdirilib

Cəmiyyət Materials 20 Fevral 2012 12:40 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-2013-cü tədris ili üçün ali məktəblərin magistraturalarına keçirdiyi qəbul imtahanlarının ilk mərhələsinin tarixini dəyişdirib.
Magistraturaya qəbul imtahanının birinci mərhələsinin vaxtı dəyişdirilib

Azərbaycan, Bakı, 20 fevral / Trend müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-2013-cü tədris ili üçün ali məktəblərin magistraturalarına keçirdiyi qəbul imtahanlarının ilk mərhələsinin tarixini dəyişdirib.

Komissiyadan bazar ertəsi Trend-ə verilən məlumata görə, fevralın 26-da Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı ölkəmizdə geniş miqyasda xatirə tədbirləri keçiriləcək.

Bunu nəzərə alan TQDK magistraturaya qəbul imtahanının birinci mərhələsinin mart ayının 4-də keçirilməsi barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti