...

Bakının bəzi rayonlarında içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Cəmiyyət Materials 21 Fevral 2012 10:42 (UTC +04:00)
Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
Bakının bəzi rayonlarında içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir E.İsmayılov/

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir.

Trend-in "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən yaydığı məlumata görə, bu məqsədlə Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava yaşayış massivində 600 mm-lik yeni magistral su xəttinin şəbəkəyə qoşulması işləri həyata keçirilir.

Bununla əlaqədar fevralın 21-də gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti

Xəbər lenti