...

Yaxın Şərqdə insanların intensiv yaşadığı yeganə qədim abidədə arxeoloji qazıntılar aparılacaq

Cəmiyyət Materials 25 Fevral 2012 12:43 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu maydan Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndinin şimalında yerləşən Qədim Şahtaxtı Arxeoloji Kompleksində arxeolji qazıntıların aparılmasına başlayacaq.
Yaxın Şərqdə insanların intensiv yaşadığı yeganə qədim abidədə arxeoloji qazıntılar aparılacaq

Azərbaycan, Bakı, 25 fevral / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu maydan Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndinin şimalında yerləşən Qədim Şahtaxtı Arxeoloji Kompleksində arxeolji qazıntıların aparılmasına başlayacaq. Bunu şənbə günü Trend-ə Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Şahtaxtı arxeoloji ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev deyib.

Onun sözlərinə görə, kompleks çox unikal abidədir. Ərazisinin 5 hektarında Şahtaxtı qədim yaşayış yeri, 10 hektarında isə qəbiristanlıq yerləşən kompleksin çox qədim - 8000 illik tarixi var. Bu abidə Yaxın Şərq və Qafqazda insanların eneolit, yəni mis-daş dövründən indiyədək intensiv yaşadığı yeganə abidədir. Bütün tarixi dövrləri özündə birləşdirən bu qədim yaşayış yerində hazırda da insanlar yaşayır.

Ağayev bu abidənin açıq muzey edilməsi üçün aidiyyatı orqanlar qarşısında məsələ qaldırdıqlarını da deyib

Xəbər lenti

Xəbər lenti