...

Gəncə Şəhər Təhsil İdarəsinin müdiri vəzifəsindən gedib

Cəmiyyət Materials 27 Fevral 2012 12:52 (UTC +04:00)
Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Mahal Əliyev öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşdırılıb.
Gəncə Şəhər Təhsil İdarəsinin müdiri vəzifəsindən gedib

Azərbaycan, Bakı, 27 fevral / Trend müxbir İ.İsabalayeva/

Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Mahal Əliyev öz ərizəsi ilə tutduğu vəzifədən gedib.

İdarədən bazar ertəsi Trend-ə verilən məlumata görə, hazırda müdir vəzifəsini müvəqqəti olaraq müdir müavini olan İsmayıl İsmayılov icra edir.

Yeni vəzifəyə təyinatın yaxın günlərdə baş tutacağı bildirilib.

Trend-in əldə etdiyi məlumata görə, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri vəzifəsinə Mir Cəlal Paşayev adına 39 saylı məktəbin direktoru Zakir Hüseynovun təyin ediləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti