...

Altıağac Milli Parkı ərazisində atmosfer havasının fon monitorinqi stansiyası fəaliyyətə başlayıb

Cəmiyyət Materials 2 Mart 2012 13:03 (UTC +04:00)
Altıağac Milli Parkı ərazisində atmosfer havasının fon monitorinqi stansiyası fəaliyyətə başlayıb
Altıağac Milli Parkı ərazisində atmosfer havasının fon monitorinqi stansiyası fəaliyyətə başlayıb

Azərbaycan, Bakı, 2 mart / Trend müxbir İ.İsabalayeva/

Norveç Hava Tədqiqatları İnstitutu nəzdində fəaliyyət göstərən Kimya Koordinasiya Mərkəzi və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Altıağac Milli Parkı ərazisində quraşdırılan atmosfer havasında transsərhəd çirkləndiriciləri təyin edən 1-ci səviyyəli atmosfer havasının fon monitorinqi stansiyası (EMEP) fəaliyyətə başlayıb.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, stansiya Azərbaycan tərəfindən 2002-ci ildə ratifikasiya edilmiş BMT-nin Avropa İqtisad Komissiyasının "Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında Konvesiya"sının "Avropada hava çirkləndiricilərinin böyük məsafələrə yayılmasına nəzarət edilməsi və yayılmanın qiymətləndirilməsinin birgə proqramı" (EMEP) çərçivəsində quraşdırılıb.

Stansiyadan əldə edilən məlumatlar əsasında iqlim dəyişmələri, çirkləndiricilərin transsərhəd daşınmasının dinamikası, atmosfer havasının çirkləndirilməsinin ətraf mühitə, insan sağlamlığına təsiri müəyyən ediləcək. Həmçinin elmi-praktik proseslər tədqiq olunacaq, proqnozlar veriləcək və əldə olunan nəticələrlə bağlı Konvensiyanın aidiyyatı tədqiqatlar mərkəzi ilə mütəmadi mübadilələr aparılacaq.

Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Çirklənməsinin Monitorinqi Mərkəzinin Spektrometriya və Xromatoqrafiya Laboratoriyası müvafiq kimyəvi standartlar və reaktivlərlə təmin edilib. Mərkəzdə quraşdırılmış DİONEX İCS-1100 ion xromotoqrafik sisteminin işə salınması, stansiyaya göndəriləcək filtrlərin hazırlanması, nümunələrin kimyəvi emalı, standart və məhlulların hazırlanması, cihazda müxtəlif texniki prosedurların yerinə yetirilməsi ilə əlaqədar laboratoriyanın mütəxəssisləri ilə təlimlər keçirilib.

Stansiya respublika ərazisində mövcud atmosfer havasının çirklənməsinin monitorinqi sisteminə daxil edilib.

Xəbər lenti

Xəbər lenti