...

Azərbaycanda Dubay və Sinqapur zooloji parklarına anoloji park salınacaq

Cəmiyyət Materials 5 Mart 2012 14:18 (UTC +04:00)
Azərbaycanda Dubay və Sinqapur zooloji parklarına anoloji park salınacaq.
Azərbaycanda Dubay və Sinqapur zooloji parklarına anoloji park salınacaq

Azərbaycan, Bakı, 5 mart / Trend müxbir M.Əliyev/

Azərbaycanda Dubay və Sinqapur zooloji parklarına anoloji park salınacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə bazar ertəsi Trend-ə bildirib ki, Abşeron rayonunun ərazisində yaradılması gözlənilən zooloji parkın salınması işinə Dubay, Sinqapur və Çexiyada yaradılan analoji parkları hazırlayan təcrübəli mütəxəssisləri cəlb edilib. Onun sözlərinə görə, qeyd olunan parklar son illər hazırlanan zooloji parklardır.

Əlizadə qeyd edib ki, Azərbaycandakı zooloji parkın salınmasının layihə dizayn işlərini Türkiyə-Almaniya birgə müəssisəsi həyata keçirir.

"Eyni zamanda, tövsiyəçi kimi Hollandiyanın mütəxəssisi də cəlb olunub. Parkda istər heyvanların saxlanması, onlara qulluq edilməsi, istərsə də çirkab məhsulların utilizasiyası tam müasir standartlara uyğun hazırlanacaq", - Əlizadə deyib.

Layihəyə görə, zooloji parkın ərazisi 55 hektar təşkil edəcək.

Əvvəllər parkın Qobu ərazisində salınması nəzərdə tutulsa da, sonradan həmin ərazinin iqlimi, coğrafi şəraiti, relyefi, infrastrukturu zooloji parkın salınması üçün əlverişsiz hesab olunduğundan parkın Abşeron rayonu ərazisində salınması təklif olunub.

Xəbər lenti

Xəbər lenti