...

Azərbaycan Memarlıq və İnşaat Universiteti qadınları təbrik edib

Cəmiyyət Materials 6 Mart 2012 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Memarlıq və İnşaat Universitetində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Bu barədə çərşənbə axşamı Trend-ə universitetin mətbuat xidmətindən bildirilib.

Tədbirdə çıxış edən universitetin rektoru, millət vəkili, professor Gülçöhrə Məmmədova, universitetin müəllimələrini və qonaqları təbrik edib. Rektor qadınlar bayramı münasibətilə universitetin qadın əməkdaşlarından 17 nəfərə təşəkkürnamə və mükafat təqdim edib.

Universitetin Qadınlar Şurasının sədri Salatın Əhmədova da qadınları təbrik edərək Şura adından onlara Azərbaycanın məşhur qadınlarına həsr etdiyi illik təqvimi oxuyub.

Tədbirdə BDU-nun Qadınlar Şurasının sədri, kafedra müdiri, professor İradə Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Yeganə Musazadə, Yasamal rayon YAP Qadınlar Şurasının sədri Tamella Şahbazova və digərləri xanımlara öz təbriklərini çatdırıblar. Tədbirin sonunda xalq artisti Məleykə Əsədova xanımları təbrik edib.

Xəbər lenti

Xəbər lenti