...

"Turizm haqqında" qanun layihəsi Ümumdünya Turizm Təşkilatına göndəriləcək

Cəmiyyət Materials 7 Mart 2012 14:53 (UTC +04:00)
Hazırda ictimai müzakirədə olan "Turizm haqqında" yeni qanun layihəsi ilə bağlı daxil olan bütün təkliflər sistemləşdiriləcək və mütəxəssislərlə məsləhətləşdikdən sonra layihəyə əlavə ediləcək.
"Turizm haqqında" qanun layihəsi Ümumdünya Turizm Təşkilatına göndəriləcək

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İ.İsabalayeva/

Hazırda ictimai müzakirədə olan "Turizm haqqında" yeni qanun layihəsi ilə bağlı daxil olan bütün təkliflər sistemləşdiriləcək və mütəxəssislərlə məsləhətləşdikdən sonra layihəyə əlavə ediləcək.

Bunu çərşənbə günü Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini, Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov deyib.

Onun sözlərinə görə, daha sonra layihə Ümumdünya Turizm Təşkilatına göndəriləcək. Bu qurumun da tövsiyə və rəylərini aldıqdan sonra layihə Azərbaycanın müvafiq qurumlarına təqdim ediləcək.

Qəhrəmanov deyib ki, qanun layihəsi ictimaiyyətin müzakirəsinə verildikdən sonra müxtəlif təşkilatlardan, mütəxəssislərdən təkliflər daxil olmaqdadır.

O, layihə hazırlanan zaman həm turizm, həm də hüquq sahəsində çalışan insanların fikirlərinin, müvafiq nazirliklərin tövsiyələrinin nəzərə alındığını söyləyib.

"Amma yenə də proses davam edir. Mən istərdim ki, daha çox təkliflər gəlsin. Turizm sahəsində böyük təcrübəsi olan mütəxəssislərin təkliflərini gözləyirik. İstərdik ki, beynəlxalq hüquq normalarına uyğun olaraq hüquqşünaslarımız da öz rəylərini bildirsinlər. Ona görə də hər kəsi bu işdə fəal olmağa dəvət edirik", - nazirlik rəsmisi əlavə edib.

Xəbər lenti

Xəbər lenti