...

ATİ ilə GİZ arasında əməkdaşlıq konturları müzakirə edilib

Cəmiyyət Materials 9 Mart 2012 14:13 (UTC +04:00)
Azərbaycan Turizm İnstitutu ilə GİZ (Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti) arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
ATİ ilə GİZ arasında əməkdaşlıq konturları müzakirə edilib

Azərbaycan, Bakı, 9 mart / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Turizm İnstitutu ilə GİZ (Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti) arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycan Turizm İnstitutundan cümə günü Trend-ə verilən məlumata görə, görüşdə ATİ-nin rektoru Cəfər Cəfərov qonaqlara institutun 6 illik fəaliyyəti və strateji məqsədləri haqqında məlumat verib.

Azərbaycana qısa müddətli səfərə gələn GİZ-in əmək bazarı, özəl sektorun inkişafı və peşə təlimlərinin təşkili üzrə eksperti Evald Qold səmimi qarşılandıqları üçün həm öz adından, həm də rəhbərlik etdiyi nümayəndə heyəti adından təşəkkürünü bildirib. Qold bildirib ki, 2012-ci ildən GİZ-in fəaliyyətində peşə təhsili ilə bağlı yeniliklər öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti