...

Moskvada müxalifətin mitinqinə 8 min nəfər toplaşıb

Cəmiyyət Materials 10 Mart 2012 14:12 (UTC +04:00)
Moskvada Yeni Arbatda müxalifətin mitinqinə artıq 8 minə yaxın adam toplaşıb.
Moskvada müxalifətin mitinqinə 8 min nəfər toplaşıb

Azərbaycan, Bakı, 10 mart /Trend/

Moskvada Yeni Arbatda müxalifətin mitinqinə artıq 8 minə yaxın adam toplaşıb. Trend-in məlumatına görə, bu barədə RF DİN-in Moskva üzrə Baş Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

"Saat 13:30-da Yeni Arbatda mitinq iştirakçılarının sayı 8 min nəfərə çatıb", - RİA Novosti agentliyinin məlumatında deyilir.

Baş Komitənin mətbuat xidməti mitinq təşkilatçılarından biri Sergey Udaltsovun aksiyaya təqribən 30 minə yaxın adamın toplaşdığı barədə məlumatını təkzib edib.

Təşkilatçılar aksiyada 50 minə yaxın adamın iştirak edəcəyinə ümid edirlər. Hakimiyyət mitinq iştirakçıları üçün Yeni Arbat küçəsinin bir hissəsini və parkın ərazisini ayırıb. Mitinqin saat 16:00-dək davam edəcəyi planlaşdırlır.

Xəbər lenti

Xəbər lenti