...

Azərbaycanda 1 yaşadək körpə ölümü səviyyəsi azalıb

Cəmiyyət Materials 10 Mart 2012 14:36 (UTC +04:00)
Ötən il Azərbaycanda 1 yaşadək körpə ölümü səviyyəsi hər 1000 nəfər diri doğulana 11,0 promilli təşkil edib.
Azərbaycanda 1 yaşadək körpə ölümü səviyyəsi azalıb

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir İ.İsabalayeva/

Ötən il Azərbaycanda 1 yaşadək körpə ölümü səviyyəsi hər 1000 nəfər diri doğulana 11,0 promilli təşkil edib. Trend-in məlumatına görə, bu məlumat "Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında hesabat"da öz əksini tapıb.

Hesabatda qeyd edilib ki, 2003-cü ildə bu göstərici 15,5 promilli təşkil edib.

Azərbaycanda ana ölümü əmsalı da azalıb. Ölkədə ana ölümü əmsalı hər 10 000 nəfər diri doğulana 15,3 promilli düşür.

Ötən il Azərbaycanda 176,1 min körpə doğulub.

Xəbər lenti

Xəbər lenti