...

Azərbaycanda saxta sənədlərdən istifadə etməklə banklardan külli miqdarda kredit götürüb mənimsə faktı aşkarlanıb

Cəmiyyət Materials 13 Mart 2012 13:21 (UTC +04:00)
Saxta sənədlərdən istifadə etməklə banklardan külli miqdarda kredit götürüb mənimsə faktı ilə bağlı cinayət işi başlanıb
Azərbaycanda saxta sənədlərdən istifadə etməklə banklardan külli miqdarda kredit götürüb mənimsə faktı aşkarlanıb

Azərbaycan, Bakı, 12 mart / Trend müxbir K.Zərbalıyeva/

Saxta sənədlərdən istifadə etməklə banklardan külli miqdarda kredit götürüb mənimsə faktı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokuroluğun mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bununla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə vətəndaşlardan daxil olmuş müraciətlər araşdırılıb.

Müəyyən edilib ki, Ramiz Məmmədov və qeyriləri cinayət əlaqəsinə girərək Dövlət Neft Şirkətinin "Azərneftyağ" Neft Emalı zavodunun, Nəqliyyat Nazirliyinin 7 saylı Yaşıllaşdırma idarəsinin və digər dövlət təşkilatlarının möhür və ştampları vurulmuş kənar şəxslərin güya həmin idarələrdə işləmələri və yüksək əmək haqqı almaları barədə saxta arayışlar hazırlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən müxtəlif banklardan 100.000 manatdan artıq kredit götürüblər.

Fakta görə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etməyə görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 308.1, 320.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanmış, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti